Alman fizik Melvin Vopson rəqəmsal məlumatların dünyanın kütləsini dəyişdirdiyini iddia edir. Rəqəmsal məlumat dedikdə, məsələn, çəkdiyiniz foto və video, yazdığınız mesaj, göndərdiyiniz səs və s. kimi. Çox qəribə və maraqlı teoremdir.
Melvin Vopson bildirir ki, hər məlumat parçasının ölçüləbilən bir kütləsi var. Buna görə də, məsələn, məlumatla yüklənmiş bir sərt diskin boş bir sərt diskdən daha ağır olduğunu deyir. Alman fizik bunu bir təcrübə ilə isbat etməyin mümkün olduğunu iddia edir.
Melvin Vopson bildirir ki, bu rəqəmsal məlumatların kütləsi hələ ki, çox azdır, lakin 350 il sonra bu ağırlıq dünyadakı bütün atomlardan daha ağır ola bilər. Fizik məlumatı maddənin 5-ci halı hesab edir (maddələr, əsasən, 4 aqreqat halında olur: bərk, maye, qaz və plazma), hətta kainatdakı qaranlıq maddənin də informasiyadan ibarət olduğunu düşünür.
✅ İstinad: Science Alert, PHYS
✅ Hazırladı: Albert Eynişeydi
🔴 Bəs siz bu mövzuda nə düşünürsünüz?
#MelvinVopson#fizika#məlumat#qaranlıqmaddə#antimadde#kutle
Təsəvvür edə bilirsiniz, bizdən 225 milyon km uzaqda - Marsda diametri 87 km olan kraterə "İbrahimov" adını veriblər.
Bu ad azərbaycanlı astronom və astrofizik Nadir İbrahimovun şərəfinə qoyulub. Nadir bəy 1932-ci ildə Qubada anadan olub. O, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləyib və burada öz araşdırmalarını aparıb.
Bu müşahidələr zamanı Nadir bəy Mars, Yupiter və Venera planetlərinin öyrənilməsində önəmli rol oynamış, Mars planetinin xəritəsini tərtib etmişdir. O, bütün bunları 2 metrlik teleskop ilə edib.
Nadir İbrahimov 44 yaşında ürək çatışmazlığından həyatını itirib. Ölümündən 5 il sonra Yunanıstanda keçirilən Beynəlxalq Astronomiya İttifaqının Baş Assambleyasında Mars səthindəki kraterlərdən biri onun şərəfinə "Ibragimov" adlandırılıb.
ℹ️ Kraterin koordinatları: 25.7°S 59.57°W
#Nadirİbrahimov #Fizika#Astrofizika #Şamaxı #Rəsədxana#Elm#Mars#krater#Azərbaycan
Plutonium - Xirosimadan sonra Naqasakiyə atılan və 80 minə qədər insanın ölümünə səbəb olan atom bombasının əsas komponenti idi.
0,5 kq plutonium 10 milyon kilovat-saat istilik istehsal edir. Bu enerji bir elektrik lampasını 11 min il davamlı yandırmağa bəs edəcək qədər çox enerji deməkdir.
✅ Mənbə: Nil Deqrass Tayson - “Tələsən insanlar üçün Astrofizika” kitabı
📌 Qeyd: Burada sizin reklamınız ola bilər. Məsələn, kitablar, kitabxanalar, hazırlıq kursları və s.
#radioaktiv#Plutonium#kimya#fizika#enerji#Naqasaki